"Yuxu görürəm yoxsa oyanmişam?Yuxu deyilsə, niyə gözlərimi aça bilmirəm?"-Aydin bədənini hiss etmirdi.
Yuxu görmürdü,bunu özü də bilirdi. Nə qədər çalişsa da gözlərini aça bilmədi. Əzələləri yox idi sanki. Tərpənmə cəhdlərinin hamisi uğursuz başa çatirdi. Bir dəfə də belə bir şey baş vermişdi. Öz vəziyyətindən qorxuya düşdü, lakin təlaşin yaranmasina imkan verməməyin vacib olduğunu bilirdi. Uşaqliqda nə isə qorxulu baş verəndə Allaha dua edərdi, amma indi o dualardan heç biri yadinda deyildi. Tək bildiyi "Əuzu billahi minəş-şeytanir-rəcim" idi, şeytani qovmaq üçün edilən dua. Allahi insanin yadina salan hər zaman şeytan olur. Bəzən insanin içindəki şeytan...Allahin əsərinin baş qəhrəmani şeytan.
Kömək fəryadini piçildamaq istədiyi anda səslər eşitməyə başladi, onlar o biri otaqdan gəlirdi.
-Mama,ata dalimizca gələcək?
-Mama,ata dalimizca gələcək?
-Qizim,sənin tənbəl atan yuxudan durub bizi yola salmağa ərinir..
Həyat yoldaşi Sevil və 6 yaşli qizi Səidənin səsini eşitcək daha da həyəcanlandi, lakin onlari çağirmaq səyləri nəticəsiz idi. Özünü ələ alib, beynini sakitləşdirməyə çalişirdi.
-Ən azindan gec-tez gəlib məni bu keyimədən xilas edəcəklər,-özünə təsəlli verirdi.
Yanağinda isti nəfəs, daha sonra öpüş hiss etdi. Bu Sevil idi.
-Vaxta az qalib, amma yenə də, bəlkə fikrini dəyişəsən? Bilirəm nə oralardan, nə onlardan xoşun gəlir. Amma yenə də, qorxuram Səidə sənsiz orda darixacaq. Gəlsən o da sevinər.
Aydin həmin an :"Mən yatmiram, hara deyirsən gedim sizinlə, bircə məni bu vəziyyətdən qurtar"-deyə çiğirmaq istədi. Heç nə alinmadi.
-Yaxşi, hər zamanki kimi özünü eşitməməzliyə vurursan, bilirəm ki oyaqsan. Biz getdik, darixma. Səidə, gəl öp atani, gedək.
Qizinin qivrim saçlari yanağina töküldü. Aydin onu elə bərk qucaqlamaq istəyirdiki...
Qapinin səsi eşidildi. Onlar evi tərk etdilər.
Aydin qəzəbləndi, hirs onu bürüyürdü. Min bir fikirin içindən eləsini seçmək istəyirdiki, onu sakitləşdirib, oyanmaqinami deyim, tərpənməyinəmi kömək olsun.
Beş aydan sonra doğulacaq oğlu barədə düşündü. Ona nə ad qoyacaqina hələ qərar verməsə də, özü uşaqliqda yekəbaş olduqu kimi oğlunun da elə olacaqini təsəvvürünə gətirib özündə gülümsədi və gözlərini açdi.
Çadirda olduğunu anladi. Qarşisinda dostu Əziz dayanmişdi.
-Oyandin?Özüm yuxudan durquzmaq istəmədim səni , yaxşi ki biraz yatdin, üç sutkadi yuxusuzsan,-deyib Əziz əlindəki halvalari masaya qoydu. Aydin:
-Oyanmişdim,yenə dura bilmirdim,-dedi.
-Keçən dəfə olan kimi?
-Hə,yuxu iflicidi,nə zibildi,bilmirəm...
-Yorğunluqdandi hamisi,hər şeyi özün edirsən deyə..Sənə axi neçə dəfə demişəm ki, mən özüm hər şeyə nəzarət edərəm, amma qulaq asmirsan...İstəyirsən qalx hələlik evə, biraz istirahət elə. Birazdan qadinlar gələcək, burani hazirlayaq.
-Yaxşi,-deyib, Aydin çadirdan çixdi.
Cibindən siqaret qutusunu çixardi. Orda qalan sonuncu siqareti yandirib, nə isə yadina düşmüş kimi, tulladi yerə. Özündə :"Sevil həmişə mən səhərlər çəkəndə hirslənirdi."-fikirləşdi.
Bir nöqtəyə baxirdi sanki, ya da ki hər tərəfə. Bilmək olmazdi. Gözlərində bir boşluq var idi elə bil. Bu artiq qabaqki gözlər deyildi. Saçlari bu üç günə ağarmişdi.
Beynində də sonsuz fikirlər. Ya da heç bir fikir yox idi. Bilmək olmaz.
Biraz sonra qadinlar gəlib, baş sağliqi verib, ağlayib, qeybət edib gedəcəkdirlər.
Ardinca kişilər gəlib,"Axir qəmin olsun" deyib, aşdan yeyib, dağilişacaqdirlar hərə öz işinə.
Sonra..sonra nə edəcəyini bilmirdi Aydin. Nə edə bilərdi ki?
Üç gün qabaq həyatinin mənasi olan Sevil, qizi Səidə, və hələ doğulmamiş oğlu yol qəzasinda həlak olmuşdular..

Sabahimizla Yashadigimizi Sanib.. Bugunumuzde Boguluruq...
ОтветитьУдалитьSabahimiz Ucun yashadigimizi Sanib, Bugunumuzde Boguluruq..!
ОтветитьУдалить