четверг, 15 марта 2012 г.

On dayanacaqdan ibarət hekayə

Dayanacaq 1

Qar yağandan sonra bu dayanacaqa çatmaq üçün O gərək 7 qat palçiqdan ibarət maneəni qət edəydi.Avtobus gəlib dayanacaqdan düz beş metrə qabaqda saxladi.Nömrəsidə 77 idi,bircə 7-si çatişmirdi cekpot üçün.14 il idiki Səid bu avtobusla şəhərə gedib gəlirdi.Hər gün vaxtinin yarim saati bu avtobusla ora çatmaq üçün,yarim saati geri qayitmaqa sərf edilirdi.Gündə bir saatdan hesablayanda,ilə həyatinin 365, 14 ilə isə 5110 saatini həsr etmişdi bu 77-yə.Avtobusa qalxaraq özü ilə birlikdə ayaqqabilarinin altina yapişan Yasamalin palçiğinida ona hədiyyə etdi.Oturacaqlarin yanindan keçə-keçə şəxsən tanimadiği,amma hardan mindiklərini və harda düşəcəklərini bildiyi insanlara rast gəlirdi.Hərdən onlara dözməyib "Necəsiz? Bu gün dünənkindən daha gəşəng geyinmisiz" demək və yahud "Bu gün niyə gec çixmisiz?" suali vermək keçirdi könlündən.Arxa oturacaqlar tərəfə çatanda,beş nəfərlik yerdə üç nəfərin elə oturduğunu gördüki,elə bil 20 qəpiyə onlar notariusda arxa hissəni öz adlarina rəsmiləşdirmişdilər."İcazə verin oturaq"-müraciətindən sonra biğli, piyli qarin ,ayiya oxşayan biri dalini biraz sola sürüşdürdü.Səid əyləşib saçina siğal çəkdi.Saçi uzun idi,avtobus mentalitetinə yaraşmayan bir şey.Hətta yolunu azmişin çiynində çantada var idi.O çantasindan kitab çixarib başladi oxumaqa.Sağda-solda əyləşən insanlar sanki heç vaxt kitab üzü görməmiş kimi kitabin içinə girməyə çalişirdilar.Qulaqciqlarini taxib, telefonunda mahninin səsini çoxaltdi.Rammsteinin- "Mutter" ana haqqinda mahnisindan feyziyab olaraq Corc Oruelin-"1984" adli əsərini oxumaqa davam etdi.


Dayanacaq 2

Oğlan bir əli qizin belində,o biri əli qizin əlində qalxdi avtobusa.Sağina və soluna baxib kəşfiyyat aparirdi,sevgilimə baxan varmi deyə.Sifətindən zəhrimar yağirdi onun,o ağir oğlan idi.Sevgilisinə sakitcə həyati başa salirdi yenə,qiz başini aşaği salib səssiz dinləyirdi.Gənc bir oğlan durub qiza yer verəndə,qizin sevgilisi ona elə qəzəblə baxib çox sağ ol dediki,başa düşmək olmurdu o minnətdardi yoxsa hirsli.Bircə o aydin idi ki o ağir oğlan idi.
Səid isə oxumağina davam edirdi.Birdən onun qoluna kimsə barmaği ilə təcavüz etdi.O başini qaldirib qizil diş kişinin nə isə soruşduğunu gördü,amma eşitmədi,çünki qulaqciqda Earl Hooker-"End of the blues" eliyirdi.Səid anlamirdi-axi niyə ətrafda bu qədər insanin olduğu bir halda bu kişi məhz onu seçmişdi.Qulaqciqlari çixarib:
-Necə?-deyərək sual verdi.Qizil diş qarşiliqli sualla:
-Bu avtobus vapşe hara gedir?-soruşdu.
Səid  "Sizə hara lazimdir?" -sualina "Bu avtobos 20 nömrəli məktəbin yanindan keçir?"-suali aldi.
-Bəli –deyib,cavabinda “çox sağ ol” gözləməyərək qulaqciqlari taxib oxumaqi hansi səhifədə dayandirdiğini axtardi.

Dayanacaq 3

Avtobus saxladi.Qulaqciqda olmasina baxmayaraq o ucadan gələn səslər eşitməyə başladi,sanki kimsə dava edirdi.Fikrini kitabdan ayirib iki qadinin biri-birini itələdiyini gördü.Söhbətə kurs olmaq üçün mahnini saxladi.Və dialoqun sonuna qulaq asmağa özünü çatdirdi:
-Az xirdam var deyirəm sənə!
-Uje çixartmişam mən!
-Düş sən Allah,mən verəcəm!
-Şofer alma ondan pulu!
-Axi niyə əziyyət çəkirsən?!
-Yox ay qiz düşərsən!
Sən demə söhbət 20 qəpiyi kimin verəcəyindən gedirmiş.Səid gülümsədi.Nə mahni qulaq asmaqa,nə kitab oxumaqa həvəsi qalmişdi artiq.Fikri olduqca maraqli davranan sərnişinlərdə idi.Hər avtobusa minən tanişlari 20 qapiyə olan sərnişinlərdə.

Dayanacaq 4

Avtobus doldu.Yer yox idi,amma hami mehriban idi.Arxa qapidan “Kişilərin zonasi” kimi taninan qapali kişi ərazisinə bir qadin qalxdi desəm yalan olar,soxdu özünü onlarin arasina.Onlardan bəziləri:"Hardan yapişimki bu qadina dəyməyim" fikri çəkirdi,digərləri:"Necə durumki buna sürtüşüm" adli plan qururdu.Arxada, qadindan yeddi kişi aralida oturan oğlan özünü qəhrəman hesab edib qadina yer vermək qərarina gəldi.O başa düşmürdüki nə onun,nə qadinin teleportasiya kimi bir qabiliyyəti yox idi.O fizikanin qanunlarini pozmağa qadir olan qəliz bir plan fikirləşmişdi deyəsən.Hər kəsi tapdalayaraq,əzərək,sixaraq,itələyərək keçdi bir kənara,və yuxarida sadalanan hərəkətləri təkrarlayaraq qadin keçdi oturdu onun yerində.Gələn dayanacaqda düşəcəkdi.

Dayanacaq 5

Qorxulusu bu dayanacaqa kimi imiş deyəsən,avtobus boşalmaqa başladi.Beş dəqiqə qabaq mehribanlaşan insanlar qohum olaraq ayrildilar.Arxa oturacaqda, sağda oturan uzun saqqalli ,qisa şalvarli vəhabi ,qadinin təzəcə yerindən durduğu zaman,onun tam düşməyini gözləməyərək:
-Arxa kişilər üçündüdə,bu qadinlar lap ağini çixarib!-dedi.
Sürücü avtobusun mühərrikini söndürdü.Ağ saqqal amma qoca olmayan sərnişin elə bunu gözləyirmiş kimi:
-Sürdə, ay şofer!Başqa vaxt yarişirsiz bir biriniznən,işə tələsirik axi.-dedi.
Şofer papirosunu yandirdi,güzgüdə kişiyə baxib:
(Səid elə bildiki həmin anda sürücü “Fuck off ya” deyəcək)
-Ağsaqqal,vaxtima hələ var,tələsirsən düş taksiylə get.-dedi.

Dayanacaqda qiz var idi,üç dənə.Səid pəncərədən hansina baxirdisa ,o gözlərini sağa, ya sola,ya aşaği çevirirdi.Sonra təzədən Səidə qaldirib baxirdi.Və yenə çəkirdi.Hamisinin üzündən unsatisfaction yağirdi.Kim bilir,özlərində bəlkədə Səidi qiza baxib ağiz suyu tökən gədə sayirdilar.Avtobus tərpəndi.Qizlar başlarini qaldirdi,rahatlaşdilar.

Dayanacaq 6

Bir qiz mindi.Kişilərdən danişmiram,qadinlarinda gözləri dikilmişdi ona.Onun sayəsində sərnişinlər öz təxayüllərini azaciq inkişaf etdirmiş oldular.Bir oğlan durub,qiza:
-Keç otur.-deyərək,sanki təklif yox,əmr etdi.O anda özünü superman hiss edirdi.
-Qabaqda düşəcəm.-deyərək qiz oturmaqdan imtina etdi.Oğlan daha oturmadi o yerə,ona zapadlo gəlirdi yəqin.Kənarda dayanan qadin yerin yiyəsiz qaldiqini görüb keçdi ora əyləşdi.

Dayanacaq 7

Bir əli iflic olan orta yaşli kişi tələsik qalxdi avtobusa.Elə minən kimi ,oturan oğlanlardan birinə :
-Dur yer ver mən oturum.-dedi.Ola bilər artiq insanlarin özlərinin durub əlilə yer verməyini gözləməyə səbri qalmamişdi.Yaninda oturan oğlanin durmasini gözləmədən Səid durub yer verdi və keçdi ortaya.Qabağinda oturan iki qiz söhbət edirdi.O qulaq asmasada,eşidirdi.Onlardan biri o birinə nişanlisi ilə necə taniş olduğunu danişirdi.
-Qarin ən möhkəm yağdiği gün yadinda?Bax onda axşam kursdan çixanda avtobuslar işləmirdi.Durmuşdum dayanacaqda,dedim bəlkə biri keçər.Birdən qara nol yeddi saxladi,içində o oturmuşdu.
-Baci, gəl otur hara lazimdi aparim.-dedi.Cavab vermədiyimi görüb:
-Baci ,özümdə namaz qilan oğlanam,gəl aparim...
Bu anda Səid qulaqciqlarini yenidən taxdiki ,bacinin sevgili olmasi barədə əhvalati eşitməsin.Boş yer görüb əyləşdi.

Dayanacaq 8

Bir orta yaşli qadin gəlib durdu onun başinin üstündə.Ətir yerinə Pif-paf vurmuşdu elə bil.Heç olmasa o ucuz ətrini az vursa idi dərd yari.Gözlərini Səiddən çəkmirdi.Özünü ona dirəmişdi.İçində “Dur,mən oturum!” çiğirirdi.Elə bil centlemenlik bu gündən məcbur elan edilib.Bu cür davranan qadinlara yer verməmək Səidin ən vacib həyat prinsipi idi.Onlar əvəzində heç çox sağ ol da demirlər.

Dayanacaq 9

O qədər adam minmişdiki qapi bağlanmirdi.Nə sürücü, nə arxa qapinin ağzinda duran iki oğlan təhlükəsizlik qaydalari haqqinda heçnə eşitməmişdi deyəsən.Əksinə bu iki gənc öz vəziyyətlərindən kayf tuturdu sanki.Qişqira-qişqira danişaraq,özlərini primitiv zarafatlarla güldürərək,diqqət cəlb etmək istəyirdilər.Publikaya çalişirdilar.İkisidə bir-birinin ağzinin içində dayansada,biri o birisinə uca səslə dedi:
-Sən mənim təzə nömrəmi bilirsəndə.-və öz nömrəsini söyləməyə başladi.
O elə sanirdiki,avtobusda olan bütün qizlar onun nömrəsini gecələr yuxularinda xəyal edirdilər,və bu dəqiqə deyilən rəqəmləri yaddan çixarmamaq üçün nömrəni öz telefon kitabçalarina yazib,sevincdən özlərinə yer tapmayacaqlar.

Son dayanacaq

Avtobus Axundov bağinda saxladi.Bir qadin,hirsli-hirsli:
-Bəs bu Baskovetə getmir?-soruşdu.
Sanki sürücü onu metronun içinə aparib qoymali idi.Bu son dayanacaq idi.Səid düşdü,saçina siğal çəkdi,şalvarindan tozu,ayaqqabisindan tapdaq izlərini təmizlədi,qulaqciqlarinda musiqinin səsini artirib,dərsə getdi.Beş saatdan sonra o yenidən 77 nömrəli avtobusla geriyə evə qayidacaqdi.14 ildi qayitdiği kimi.

2 комментария:

  1. Очень! Очень! Очень! Я даже не знаю, это прямое отражение общественной жизни Баку. Реальность. Ребята, молодцы! Спасибо за столь правдивую историю.

    ОтветитьУдалить