"Yuxu görürəm yoxsa oyanmişam?Yuxu deyilsə, niyə gözlərimi aça bilmirəm?"-Aydin bədənini hiss etmirdi.
Yuxu görmürdü,bunu özü də bilirdi. Nə qədər çalişsa da gözlərini aça bilmədi. Əzələləri yox idi sanki. Tərpənmə cəhdlərinin hamisi uğursuz başa çatirdi. Bir dəfə də belə bir şey baş vermişdi. Öz vəziyyətindən qorxuya düşdü, lakin təlaşin yaranmasina imkan verməməyin vacib olduğunu bilirdi. Uşaqliqda nə isə qorxulu baş verəndə Allaha dua edərdi, amma indi o dualardan heç biri yadinda deyildi. Tək bildiyi "Əuzu billahi minəş-şeytanir-rəcim" idi, şeytani qovmaq üçün edilən dua. Allahi insanin yadina salan hər zaman şeytan olur. Bəzən insanin içindəki şeytan...Allahin əsərinin baş qəhrəmani şeytan.
Kömək fəryadini piçildamaq istədiyi anda səslər eşitməyə başladi, onlar o biri otaqdan gəlirdi.


